Əlcəzairli ulduz "Qarabağ"dan, görün, nə qədər pul alacaq!

27 Yanvar 2023 10:40 Qarabağ 7 621
Əlcəzairli ulduz "Qarabağ"dan, görün, nə qədər pul alacaq!

"Qarabağ" dünən heyətini yeni legionerlə gücləndirdi.

Ağdam təmsilçisi Fransa "Dijon"undan Yassin Benzianı transfer etdi.

"Köhlən atlar" 29 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2025-cı il iyunun 30-dək müqavilə imzaladı.

Fransa vətəndaşlığı da olan Əlcəzair millisinin sabiq üzvü karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", "Hatayspor" və Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.

O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

Bu transferin "Qarabağ"a neçəyə başa gəlməsinə dair müxtəlif rəqəmlər səsləndirilir.

İddialar var ki, Benzia Azərbaycanda ilinə 800 min avro qazanacaq. Üstəlik, ölkə çempionunun "Dijon"a bu məbləğə yaxın təzminat ödəyəcəyi söylənilir.

Yayılpn bu xəbərlərin heç biri həqiqətə söykənmir. Liqa 2 təmsilçisinə ərəbin keçidi üçün 1 şara qəpik vermək lazım gəlməyib.

Əlcəzairli "Qarabağ"la münasibətlərini rəsmiləşdirmək üçün Fransanın aşağı liqa təmsilçisiylə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Zədə səbəbindən mövsümün geridə qalan hissəsini boşa verən Benzia "Qarabağ"da keçirəcəyi ilk mövsümdə 350 min avro qazanacaq. Növbəti illərdə isə bu məbləğ hissə-hissə artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti