Qurban Qurbanovdan çox vacib açıqlamalar - VİDEO

3 İyul 2022 10:40 Qarabağ 1 048
Qurban Qurbanovdan çox vacib açıqlamalar - VİDEO

"Futbolçuların hamısının bir yerdə keçirdiyi vaxt az oldu.

Hazırlıq müddətində bizim üçün vacib olan xırda detallara əl atdıq.

Əvvəlki illərdə bu prosesə bəlkə də toplanışın 10-15-ci günündən başlayırdıq. İndi isə vaxtımız yox idi".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada başa çatan təlim-məşq toplanışının yekunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis qısa müddətdə yaxşılaşdırmalı olduqlarıməqamların hər birini futbolçulara xatırlatdıqlarını bildiirb:

"Onları nromal səviyyəyə qaldırmağa çalışdıq. Hər biri təcrübəli futbolçu olsa da, bəzi detalları daim təkrarlamalıyıq ki, eyni səhvləri etməsinlər".

Təcrübəli baş məşqçi hazırlıq prosesindən tam razı qalmadığını söyləyib:

"Fikirlərimi futbolçuların hamısına çatdırmağa vaxtımız olmadı. Hər bir halda 3 oyunluq toplanışımızda onların tələblərimizi yerinə yetirmələrinə çalışdıq.

Əllərindən gələni etdilər. Bugünkü duruma görə onlardan razı qalmalıyam. Çünki müsbət məqamlar çox oldu".

Qurbanov futbolçular çox istəklə hazırlaşdıqlarını vurğulayıb:

"Bəzi günlərdə hava şəraitinə baxmayaraq, məşqlərimizi təxirə salımadıq. Ümid edirəm ki, komanda "Lex"lə oyuna kimi daha yaxşı səviyyəyə qalxacaq".

"Qarabağ" Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti