"Qarabağ" məşhur şirkətlə sponsorluq müqaviləsini razılaşdırdı - SON DƏQİQƏ

12 Aprel 2021 13:00 Qarabağ 1 988
"Qarabağ" məşhur şirkətlə sponsorluq müqaviləsini razılaşdırdı - SON DƏQİQƏ

Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən yeganə klub olan «Qarabağ» yeni sponsorluq anlaşması əldə edib.

Sportinfo.az-ın məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu iş dünyasında özünə daha bir tərəfdaş tapıb.

Belə ki, Ağdam klubu ölkəmizdə avtomobil sənayesinin öncüllərindən sayılan «FAW Azerbaijan» şirkəti ilə sponsorluğa dair razılığa gəlib.

Müqavilə müddəti 2 ildir. Tərəflər razı qalarsa, sürəc sonradan daha bir neçə il uzadılacaq.

«FAW Azerbaijan»ın ölkəmizdə rəsmi dilleri «Cahan Motors»dur.

Digər Xəbərlər
Xəbər Lenti