COP29

AFFA ŞOK QƏRARı bu gün açıqlayacaq - Klub fəaliyyətini də dayandıracaq?

27 May 13:00 Qalmaqal 5 690
AFFA ŞOK QƏRARı bu gün açıqlayacaq - Klub fəaliyyətini də dayandıracaq?

Bu gün AFFA Lisenziyalaşdırma Komitəsinin növbəti iclası keçiriləcək.

Yığıncaqda I və II Liqanın gələn mövsümü ilə əlaqəli bir sıra mühüm qərarların verilməsi gözlənilir.

Onların başında «İrəvan» gəlir. Problem bundadır ki, I Liqada ilk mövsümünü keçirən klubun çempionatdan kənarlaşdırılması gözlənilir.

Böyük ehtimalla, debütant yarışda iştirakını davam etdirməsinə icazə (lisenziya) ala bilməyəcək.

Səbəblər çoxdur. «İrəvan» dövlət tərəfindən ona ayrılan yardım paketindən düzgün istifadə etməyib. Ayda 300 min manat alan Qərbi Azərbaycan təmsilçisi göstərilən vəsaiti təyinatı üzrə xərcləməyib.

Belə ki, İdarə Heyətinin sədri Zülfüqar Kazımov ötən ilin yayında klubun xərclərini qarşılamaq üçün bankdan böyük miqdarda kredit götürüb.

Mövsüm sentyabrda start götürdüyündən, AFFA ilk ödəməni oktyabrda həyata keçirib.

Həmin, həmçinin digər ayların ödəmələrinin böyük qismi komanda üzvlərinə çatmayıb. Bu məqsədlə nəzərdə tutulmuş dotasiya bank kreditlərinin bağlanmasına sərf olunub.

AFFA bu vəziyyətdən aylar öncə xəbər tutub. Sadəcə, çemponatın imicinə xələl gəlməməsi üçün «İrəvan»ı mövsümün gedişində yarışdan kənarlaşdırmayıb, gözləyib ki, onlar sonadək çıxışlarını davam etdirsinlər.

Son həftələrdə isə həm bu, həm də başqa çatışmazlıqlar bir-bir araşdırılıb və xeyli sayda neqativ hallar üzə çıxarılıb. Hətta mümkündür ki, «İrəvan»ın fəaliyyətinin dayandırılmasına dair şok qərar da çıxarılsın.

Onları ən yaxşı halda II Liqaya «sürgün» haqda qərar gözləyir. Bu da olsa əgər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!