10 komanda olmayacaq - Elxan Məmmədov təsdiqlədi

1 İyun 2020 21:40 Premyerliqa 1 477
10 komanda olmayacaq - Elxan Məmmədov təsdiqlədi

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümündə komanda sayı artırılmayacaq.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində Sportinfo.az-ın yaydığı informasiyanı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/premyer_liqa/70858.html).

"Kəpəz" və "Turan Tovuz"ın yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi. O bildirib ki, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək:

"Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər.

Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək".

Xəbər Lenti