Kapello Ronaldonu tənqid etdi: "Yaxşı hərəkət deyildi"

11 Noyabr 2019 18:43 İtaliya 802
Kapello Ronaldonu tənqid etdi:

İtaliyalı mütəxəssis Fabio Kapello "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun A seriyasının 12-ci turu çərçivəsində "Milan"a qarşı keçirilən oyunda etdiyi hərəkətlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, “Milan"la görüşdə əvəzlənməsinə görə Maurisio Sarrinin qərarından narazı qalan Ronaldo birbaşa paltardəyişmə otağına yollanıb. Portuqaliyalı texniki zonanın yanından keçərkən Sarriyə portuqal dilində bir neçə söz deyərək paltardəyişmə otağına gedib.

Kapello Ronaldonun hərəkətinə haqq qazandırmayıb: "Ronaldonun etdiyi yaxşı hərəkət deyildi. Meydandan çıxarkən belə, gərək çempion kimi qalasan. İspaniyada oynayan Ronaldonu xatırlayıram. O, sanki özünü orada qoyub gəlib. Ronaldo komanda yoldaşına yaxınlaşaraq onunla hörmətlə danışmalı idi. Sən çempionsan və komanda yoldaşlarına hörmətlə yanaşmalısan".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu