Vergidən yayınan tanınmış futbolçu həbs olunacaq?

29 May 2020 19:30 İspaniya 398
Vergidən yayınan tanınmış futbolçu həbs olunacaq?

"Atletiko"nun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.

Sportinfo.az xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib.

Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib. Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti