
"Barselona"nın heyətində ciddi itki baş verib.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb.
Niderlandlı orta xətt oyunçusu La Liqanın 6-cı turunun "Selta"ilə matçında (3:2) zədələnib. Topuğundan xəsarət alan 26 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
"Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.