İsveçrə yığmasının qapıçısı Premyer Liqa klubunda?

5 Dekabr 2022 18:40 İngiltərə 492
İsveçrə yığmasının qapıçısı Premyer Liqa klubunda?

İsveçrə millisinin və "Borussiya"nın (Münhenqladbax) qapıçısı Yan Zommer İngiltərəyə yollana bilər.

Sportinfo.az xəbər verir ki, təcrübəli kiper "Mançester Yunayted"in transfer siyahısında yer alıb.

Sommerin "Borussiya" ilə müqaviləsi 2023-cü ilin iyun ayında bitəcək.

Almaniya klubu onu qışda "Mançester Yunayted"ə satmağa hazırdır. Məlumata görə, "qırmızı şeytanlar"ın çalışdırıcısı Erik ten Haq onu sərəncamında görmək istəyir.

33 yaşlı qapıçı "Bazel", "Vaduts" və "Qrashopper"də oynadıqdan sonra, 2014-cü ildə "Borussiya"ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti