"Qalatasaray" İstanbul derbisini bu avtoqolla qazandı - VİDEO

4 Mart 2024 00:20 Fransa 810
"Qalatasaray" İstanbul derbisini bu avtoqolla qazandı - VİDEO

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi matçı bu gün keçirilib.

"Beşiktaş" öz meydanında əzəli rəqiblərindən olan "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində "Qalatasaray" 1:0 hesablı qələbə qazanıb.

Yeganə qol matçın 2-ci dəqiqəsində qeydə alınıb. "Beşiktaş"ın futbolçusu Əl Musrati öz qapısına qol vurub.

Görüşün 88-ci dəqiqəsində isə baş hakim Halil Umut Meler "Beşiktaş"ın oyunçusu Ömər Kollini qırmızı vərəqə ilə cəzalandırıb.

Bu qələbə sayəsində "Qalatasaray" xallarının sayını 75-ə çatdırıb və turnir cədvəlində liderliyə yüksəlib. "Beşiktaş" isə 46 xalla 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!