COP29

Çempionlar Liqasının ən az qol vuran komandası hansıdır?

12 Dekabr 2024 22:00 Çempionlar Liqası 195
Çempionlar Liqasının ən az qol vuran komandası hansıdır?

Çempionlar Liqasında ümumi mərhələnin 6-cı turunun oyunları başa çatıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bolonya” ən aşağı göstərici ilə yadda qalıb.

İtaliyalılar qitənin əsas klub turnirində keçirdiyi 6 oyunda cəmi bir qol vura bilib.

“Bolonya” Çempionlar Liqasının turnir cədvəlində 33-cü pillədə qərarlaşıb. Komanda “Şaxtyor” (0:0) və “Benfika” (0:0) ilə heç-heçəyə görə cəmi 2 xal toplaya bilib, qalan görüşlərdə isə məğlub olub.

“Bolonya” yanvar ayında Çempionlar Liqasında Dortmund “Borussiya”sı və Lissabon “Sportinq” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı