"Qarabağ"a məğlub oldular, ara dəydi,, polis işə qarışdı

26 Yanvar 2023 23:00 Azarkeş 801
"Qarabağ"a məğlub oldular, ara dəydi,, polis işə qarışdı

“Turan Tovuz” Premyer Liqanın ikinci yarısına məğlubiyyətlə başladı.

Doğma meydanda lider “Qarabağ”ı qəbul edən bölgə klubu gərgin keçən matçın sonunda 2:3 hesablı məğlubiyyətə üzüldü.

Oyunda sonra isə Tovuz şəhər stadionunda ara qarışıb.

Belə ki, fanatlar baş hakim Fərid Hacıyevin final fitindən sonra ona kəskin etirazların bildiriblər.

Fit sahibin qərəzli idarəçilikdə günahlandırıblar.

Bu zaman azarkeşlər Hacıyevin ünvanına ağır söyüşlər işlətməkdən də çəkinməyiblər.

Polis söyüş söyən fanatı arenadan uzaqlaşdırmaq istəyərkən isə yanlışa yol verib.

Asayış keşikçiləri təhqirə yol verən fanatın əvəzinə klub rəsmisini bölməyə aparıblar.

Amma qısa müddət sonra anlaşılmazlıq aradan qaldırılıb və həmin şəxs sərbəst buraxılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol