AFFA 1 avroya satacaq

24 Sentyabr 2021 09:00 Azarkeş 1 042
AFFA 1 avroya satacaq

İrlandiyalı azarkeşlər DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla səfər oyununa yollana biləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə İrlandiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, AFFA oktyabrın 9-da Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma üçün irlandlara biletləri 1 avrodan satacaq.

Hətta bəzi fanatlar VİP yerlərinə bilet də alıb. İrlandlar stadionun mərkəzindəki tribunalarda oturmaq üçün 7,5 avro xərcə düşüblər.

Azərbaycan – İrlandiya görüşünün biletləri sentyabrın 20-dən satışa çıxarılıb. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manatdır.

Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!