“Omoniya” Bakının dəniz mənzərəsini heç nəyə dəyişmədi

21 Noyabr 2021 17:40 Araşdırma 3 584
“Omoniya” Bakının dəniz mənzərəsini heç nəyə dəyişmədi

Noyabrın 25-də Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Omoniya”nın səfər planı məlum olub.

Kiprlilər Bakıya matçdan 1 gün əvvəl təşrif buyuracaq.

Nikosiya təmsilçisini paytaxtımıza gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək ki, nümayəndə heyəti birbaşa otelə yollanacaq.

“Omoniya” otel mövzusunda digər rəqiblərdən fərqli seçim edib. Onlar nə “Fairmont”a gərək duyub, nə “Hilton”a, nə də “Hyatt Regency”ə. Ağdamlıların rəqibin dəniz mənzərəsinə sahib “Boulevard Hotel”i seçib.

Nikosiyalılara Bakıda azarkeş dəstəyinin olub-olmayacağı bilinmir.

“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadənin Sportinfo.az-a verdiyi məlumata görə, qarşı tərəf “köhlən atlar”dan 30 nəfərlik əlavə yer istəyib. Meydan sahibləri də qaydalara əsasən, kiprlilərə 28-ci sektorda yer ayıracaq.

“Omoniya” yer dəyişikliyi istəsə, buna şərait yaradılacaq ki, əvəzində “Kayrat”la matçda olduğu kimi, bu dəfə də 28-ci sektorun biletləri satışa çıxarılacaq.
“Qarabağ” – “Omoniya” qarşılaşması noyabrın 25-də, saat 21:45-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti