Emin Mahmudov Memfis Depay və Harri Keynlə bir siyahıda

17 Noyabr 2021 13:40 Araşdırma 877
Emin Mahmudov Memfis Depay və Harri Keynlə bir siyahıda

Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 4 qolla tsiklda millimizin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23-39-cu yerləri bölüşdürür.

Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.

Mahmudov yığma karyerasında ilkə imza atıb. Qətərlə Bakı Olimpiya Stadionunda keçirilən görüşdə (2:2) iki qola imza atan yarımmüdafiəçi milli forması ilə ilk dəfə dubl edib.

Bununla da Emin 2021-ci ildə vurduğu qolların sayını 7-yə çatdırıb. O, özünün bu matçadək də sahibi olduğu rekordu yeniləyib. Mahmudova qədər heç bir oyunçumuz bir ildə 4-dən artıq qol vurmamışdı.

Emin bununla da yığma karyerasındakı ümumi qol sayını 8-ə çatdırıb. Millinin “8 nömrə”si bu göstəricidə 3-cü yerə şərik çıxıb.

Mahmudov Dmitri Nazarovla eyni sayda qol vurub. Emin yalnız Qurban Qurbanovla (14) Vaqif Cavadovdan (9) geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti