XXI əsrdə AÇ-da debütünü qələbə ilə qeyd edən 3-cü komanda

13 İyun 2021 12:30 Araşdırma 436
XXI əsrdə AÇ-da debütünü qələbə ilə qeyd edən 3-cü komanda

Finlandiya millisi XXI əsrdə Avropa çempionatında debütünü qələbə ilə qeyd edən 3-cü komanda olub.

Sportinfo.az xəbər verir ki,“suomilər” ilk dəfə qatıldıqları qitə çempionatının final mərhələsinə Danimarka üzərində qələbə ilə başlayıb.

1:0 hesablı qələbə qazanan finlandiyalılara qədər Ukrayna və Uels analoji debütə sevinib. Sonuncular ötən çempionatda özü kimi debütant olan Slovakiyanı, ukraynalılar 9 il öncə İsveçi məğlub edib.

Son 4 çempionatda debüt edən Latviya, Avstriya, Polşa, Albaniya və Şimali İrlandiya da Slovakiya kimi məğlubiyyətə üzülüb. İslandiya isə həmin turnirdə çempion olan Portuqaliya ilə heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti