"Maraqlıdır, bizə heç futbolçu təklif edən də yoxdur"

20 Yanvar 2020 13:46 Sumqayıt 2 063
"Maraqlıdır, bizə heç futbolçu təklif edən də yoxdur"

"Hələlik baxışa gələn futbolçumuz yoxdur". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, bildirib ki, qış fasiləsində komandanı tərk edənlər Ehtiram Şahverdiyevlə Elgün Nəbiyevdir: "Daha heç kimlə vidalaşmaq fikrimiz yoxdur.

Demişəm ki, kim burada az oynamağından narahatdırsa, başqa klublardan real təklifi varsa, getməsinə şərait yarada bilərik. Bircə Ehtiram gəlib bizə dedi ki, yetirməsi olduğu "Qəbələ"də daha çox şans qazanacaq.

Heyətimizdə gənclər üstünlük təşkil edir. İndi istəyirik ki, Antalyada keçirdiyimiz yoxlama oyunlarında onlara təcrübə qazandıraq. Maraqlı həm də budur ki, bizə heç futbolçu təklif edən də yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti