Lənkəranda yeni yaradılan klub tanınmış iş adamına məxsusdur?

31 Oktyabr 2023 14:40 Region Liqası 8 178
Lənkəranda yeni yaradılan klub tanınmış iş adamına məxsusdur?

Region Liqasında növbəti mövsümün startına sayılı günlər qalıb.

39 iştirakçı 4 zona üzrə mübarizə aparacaq.

Yeni yaradılan «Lənkəran» cənub zonasında qüvvəsini sınayacaq. Yerli azarkeşlərin bu komandadan gözləntiləri böyükdür.

Redaksiyamızla əlaqə saxlayan fanatlar «Lənkəran»ı Pərviz Hüseynovun formalaşdırdığını bildiriblər. Onların sözlərinə görə, Türkiyədə yaşayan iş adamı doğma rayonun adını daşıyan klubun bütün maliyyə xərclərini öz üzərinə götürüb.

Dediklərinə görə, «Lənkəran» iddialı olacaq, II Liqaya vəsiqə uğrunda yarışacaq.

Əgər bu, doğrudan da, belədirsə, çox gözəl! Biz Pərviz Hüseynovu «Xan Lənkəran»dan tanımışıq. Bilirik ki, necə vətənpərvər və xeyirxah insandır.

Adıçəkilən klub Region Liqasında cəmi 1 mövsüm keçirsə də, yaddaşlarda xoş iz buraxıb. Liqanın finalına kimi yüksəlmiş «ağ-yaşıllar»a AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov maneə törətdi.

Bu bədniyyətli insan kimlərinsə intriqasına görə «Xan Lənkəran»ın önünü kəsməsəydi, futbolumuz bu klubun simasında iddialı debütant qazanacaqdı.

Pərviz Hüseynov öz yurdunun təmsilçisi üçün əlindən gələni əsirgəmirdi və süni problemlərlə qarşılaşmasaydı, daha böyük işlər görə bilərdi. Buna onun xarakteri və imkanı çatırdı.

Mübariz Mənsimovun ardınca Lənkəran futboluna ikinci dəfə can vermiş gənc biznesmenin yolunu kəsmək Elxan Məmmədovun futbolumuz önündə növbəti xəyanəti kimi yaddaşlara yazıldı.

«Xan Lənkəran»ı «beşik»də boğmaqla bərabər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti