Pul axtarışına çıxan yeni klub: “İş adamlarından bizə ciddi dəstək olan yoxdur”

26 Noyabr 2022 17:40 Region Liqası 644
Pul axtarışına çıxan yeni klub: “İş adamlarından bizə ciddi dəstək olan yoxdur”

“Yeni mövsüm iki həftədir başlasa da, hələlik iş adamlarından bizə ciddi dəstək olan yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Lerik”in mətbuat xidmətinin rəhbəri Tural Kərimov deyib.

Bu ilin yayında yaradılan "Lerik"PFK maliyyə axtarışına çıxıb.

Region Liqasında debüt edən cənub klubu normal fəaliyyət göstərməyin yolunu ictimaiyyətə müraciətdə görür.

Bölgə təmsilçisi bununla əlaqədar lerikli iş adamları və futbol həvəskarlarından dəstək istəyib:

Siz Lerik üçün nə etmisiz "Lerik"Futbol Klubunun sizin dəstəyinizə ehtiyacı var! Klubun gələcək fəaliyyətini davam etməsi və gücləndirməsi üçün başlatdığımız “birLİK” adlı ianə kampaniyasında hədəfimiz 50 min manatdır!”.

Klub rəsmisi bildirib kji, yalnız İcra Hakimiyyəti əlindən gələn köməkliyi onlara göstərir:

“İanə kampaniyasının başladılması ilə bağlı qərar klubumuzun İdarə Heyətinin qərarıdır. Bu haqda neçə vaxtdır fikirləşirdik.

Nəhayət, qərara aldıq ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edək. 50 min manatın toplanması nəzərdə tutulub.

Bura klubun bütün xərcləri daxildir. Maliyyə istənilən futbolçu üçün çox vacibdir.

Bilirsiz ki, AFFA hər oyuna görə komandalara 300 manat ödəyir. Bu da xərclərin qarşılanması üçün bizə müəyyən qədər kömək edir”.

Digər Xəbərlər
Xəbər Lenti