"Xan Lənkəran"dan QALMAQALla ayrılan məşqçilər başlarına gələnləri açıqladı

21 Yanvar 2022 13:20 Region Liqası 2 439
"Xan Lənkəran"dan QALMAQALla ayrılan məşqçilər başlarına gələnləri açıqladı

Sportinfo.az xəbər verir ki, Region Liqasında mübarizə aparan «Xan Lənkəran»ın istefaya göndərilən məşqçiləri İqbal Babayev və Cəfər Mirzəyev Lankon TV-nin suallarını cavablandırıb.

- Komanda rəhbərliyi bu qərarı verməzdən öncə sizə bildirmişdi?
İqbal Babayev:
Xeyr, bildirməmişdi.
Cəfər Mirzəyev: Komanda rəhbərliyi şəxsən mənə bu barədə heç bir söz deməyib.

- Səhər xəbəri oxuyarkən, sizdə hansı təəssüratlar yarandı?
İqbal Babayev
: Xəbəri səhər almamışam, gecə saat 2-də idman direktoru yazaraq bildirdi.
Cəfər Mirzəyev: Hamı kimi, mən də səhər bu xəbəri sosial şəbəkələrdə oxudum və şok oldum.

- Klubun rəsmi instagram səhifəsində sizin komanda daxilində bəzi futbolçular və idarə heyətinin üzvləri ilə problemlər yaşadığınız haqda bəyanat verilib. Bu haqda nə deyə bilərsiz?
İqbal Babayev
: Bəyanatda «Neftçi» ilə oyundan sonra qaydaların pozulduğu bildirilirdi. Əksinə, hamı təsdiqləyər ki, «Neftçi» üzərində qələbədən sonra klub prezidenti məvacibin 50% artırılmasını tapşırdı. Cəfər müəllim mənim futbolçum olub. 2007-ci ildə 17 yaşlılardan ibarət komandayla Azərbaycan üçüncüsü olmuşuq. O, Divizionda oynayıb, mən də məşqçi olmuşam. İdara heyəti və bəzi futbolçularla məşqçi korpusu arasında narazılığın nədən ibarət olması haqqında məlumatım yoxdur. Narazılıq olsaydı, mən və Cəfər müəllimə komandanın təlim məşq toplantısını və çempionata hazırlığı tapşırmazdılar. Bu barədə iclas olub, həm idarə heyətində, həm də komandayla hər şeyin yerində olduğu bildirilib.
Cəfər Mirzəyev: Klubdaxili məsələlər adətən, kollektiv içində həll olunur, heç rəhbərliyədək gedib çıxmır. Əgər “olub” deyirlərsə, bu, şayiədir.

- Gələcək karyeranızla bağlı nə kimi məqsədləriniz var?
İqbal Babayev
: Mən iddialı məşqçiyəm, özümə inanıram. Futbolçunu inkişaf etdirmək bacarığım var. Komanda şəklində «Xəzər Lənkəran»da uzun illər əvəzedicidən tutmuş, aşağı yaş qruplarına kimi işləmişəm. Təkliflər olsa, məşqçi həyətimlə yaxşı komanda yaradarıq.
Cəfər Mirzəyev: İnşallah, bəzi planlar var, onlar üzərində çalışıram. Necə deyərlər, irəli baxmaq lazımdır.

- Azarkeşlərə və futbolçulara sözünüz var?
İqbal Babayev:
Azarkeşlərə minnətdaram dəstəyə görə. Hamısını öpürəm, bağrıma basıram. Onlar mənim qəlbimdədədir. Komandaya uğurlar! Bəzi insanlar instagramdə komandamızın «Neftçi»nin 16-17 yaşlılardan ibarət komandasına qalib gəldiyini bildirir. Bu, yalandır! Mahmud Qurbanov əvəzedicidə baş məşqçidir. Bir şeyi də qeyd etmək istəyirəm ki, klubun qaydaları haqqında məlumatım yoxdur. Yazılı sürətdə məşqçi heyətinə nəsə təqdim edilməyib. Məşqçi heyətinə iclasda nə şifahi xəbərdarlıq, nə də töhmət verilib. Xahiş edirəm, məşqçi heyətinə böhtan atılmasın. İşimiz göz qabağındadır. Komandanın ilk baş məşqçisi olmuşam, sonradan qərar verildi, uzaqlaşdırıldım. Bura ikinci dəfə dəvət almışam və yenə eyni vəziyyət. Heyətdə 30 futbolçu var, hamısını oynada bilmərik. Komandanın uğuru üçün addımlar atmalı idik və atdıq da. Klub prezidentinə yaratdığı komandaya, hər şeyə görə minnətdaram!
Cəfər Mirzəyev: Sosial şəbəkələrdə azarkeşlərin rəylərini oxuyuram, bəziləri həqiqətən də günahkar olduğumuzu qəbul edib artıq. Amma bir şeyi xüsusilə qeyd etmək istəyirəm, mənim klub rəhbərliyi və futbolçularla heç bir problemim olmayıb. Lənkəranlı futbolsevərləri «Xan Lənkəran»a dəstək olmağa çağırıram. Komandaya məşqçilər gəlib-gedər, heç kim əbədi deyil. Əsas olan Lənkəran futbolunu qoruyub saxlamaqdır. Futbolçular da mənim dəyərli qardaşlarım və dostlarımdır. Onlara çıxdıqları yolda uğurlar, müvəffəqiyyətlər arzulayıram. Bu futbolçulara çempionluq yaraşır. «Xan Lənkəran»a bir azarkeş kimi hər zaman dəstəyimi göstərəcəm. Klub rəhbərliyi qərarı veribsə, bununla barışmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"