"Qarabağ"ın yeni planı

24 Noyabr 2020 10:40 Qarabağ 962
"Qarabağ"ın yeni planı

Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin İstanbul şəhərində "Sivasspor"la qarşılaşacaq "Qarabağ"ın səfər planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu matçdan 1 gün öncə - noyabrın 25-iqonşu ölkəyə yola düşəcək.

"Atlılar"ı aparacaq təyyarə saat 11:00-da səmaya qalxacaq. Həmin gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və komandanın son məşqi nəzərdə tutulub.

Azərbaycan təmsilçisi matçdan sonrakı gün - noyabrın 27-də Bakıya qayıdacaq. Komanda yerli vaxtla 11:30-da vətənə yola düşəcək.

Noyabrın 26-da "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Ağdam klubu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti