Türkiyədə "Qarabağ"a dəstək: "Yanındayıq” - FOTOLAR

29 Oktyabr 2020 22:00 Qarabağ 476
Türkiyədə "Qarabağ"a dəstək: "Yanındayıq” - FOTOLAR

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Vilyarreal” matçının keçiriləcəyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycana, eləcə də “Qarabağ” klubuna dəstək xarakterli plakatlar yerləşdirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar”, "Qardaş səninləyik", "Dualarımız sizinlədir" tipli pankartlar diqqət çəkir.

Azərbaycandan oyuna yollanan jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb.

Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti