“Qarabağ”: 3-ü uğurlu, 3-ü uğursuz – 7 cəhd

28 Oktyabr 2020 20:00 Qarabağ 644
“Qarabağ”: 3-ü uğurlu, 3-ü uğursuz – 7 cəhd

Tarixində 7-ci dəfə avrokubokların qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” sabah “Vilyarreal”la görüşəcək.

Sportinfo.az xəbər verir ki, İspaniya təmsilçisi ilə İstanbulda keçiriləcək matç Ağdam klubunun Avropa Liqasının cari mövsümünün İ qrupundakı ilk ev oyunu olacaq.

Qurban Qurbanovun yetirmələri əvvəlki 6 mövsümdən üçündə ilk ev qarşılaşmasında xal qazanıb. “Sent-Etyen” və “Slovan”la heç-heçə edən “Qarabağ” “Anderlext”i məğlubiyyətə uğradıb.

Lakin son üç ildə evdəki ilk matç uğursuz nəticələnib. Çempionlar Liqasında “Roma”, Avropa Liqasında isə “Arsenal” və “Sevilya”ya uduzub (apasport.az).

Qrupdakı ilk ev oyunları
18.09.2014. Qarabağ - Sent-Etyen (Fransa) - 0:0
01.10.2015. Qarabağ - Anderlext (Belçika) - 1:0
15.09.2016. Qarabağ - Slovan (Çexiya) - 2:2
27.09.2017. Qarabağ - Roma (İtaliya) - 1:2
04.10.2018. Qarabağ - Arsenal (İngiltərə) - 0:3
19.09.2019. Qarabağ - Sevilya (İspaniya) - 0:3

Digər Xəbərlər
Xəbər Lenti