Qara Qarayevin “Qarabağ”da öz yeri var

22 Oktyabr 2020 22:50 Qarabağ 445
Qara Qarayevin “Qarabağ”da öz yeri var

Avropa Liqasının bu gün keçiriləcək “Makkabi” (Təl-Əviv, İsrail) ilə oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olacaq.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində 30-cu matçını keçirəcək.

Tarixində 6-cı dəfə bu turnirin əsas raundunda oynayacaq “Qarabağ” indiyədək 30 matça çıxıb. Ən çox oyun keçirən Qara bu qarşılaşmalarda mütləq rekordçudur.

Avropa Liqasında komandasının yalnız bir görüşünü buraxan Qarayev komanda yoldaşlarını bu göstəricidə arxada qoyur. O, bu müddətdə hələ qol vurmayıb.

“Qarabağ” 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 mövsümlərində Avropa Liqasının qrupunda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti