İsrailli: "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı komandasıdır"

22 Oktyabr 2020 22:30 Qarabağ 320
İsrailli: "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı komandasıdır"

"Qarabağ" "Makkabi"nin basketbol komandasına oxşayır. Çempionat oyunlarında azarkeş az olur.

Mən "Simurq"da çıxış edərkən ev matçımızı 2 000 fanat izləyirdi. "Qarabağ"ın oyunlarına isə cəmi 200 nəfər gəlirdi. İndi vəziyyət dəyişib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Simurq"un sabiq futbolçusu İdan Vaytsman Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Təl-Əviv təmsilçisi "Makkabi" ilə qarşılaşacaq "Qarabağ" haqqında danışarkən deyib.

İsrailli müdafiəçi bildirib ki, avrokuboklarda uğurlu çıxış etdikdən sonra Ağdam klubu ölkədə məşhurlaşmağa başlayıb: "Bu, hazırda Azərbaycanın ən yaxşı komandasıdır. Çox sayda azarkeşi var.

Bu, "Qarabağ"ın avrokubok matçlarında da öz əksini tapır. Digər klubların azarkeşləri də beynəlxalq oyunlar zamanı bu komandanı dəstəkləyirlər. Stadionda 20-30 min insan olur".

Vaytsman "Simurq"un formasını 2013 - 2015-ci illərdə geyinib.

Digər Xəbərlər
Xəbər Lenti