Rəşad Sadıqov bu gecə kimi gözləyir? – Bunu da bilək!

22 Oktyabr 2020 20:00 Qarabağ 916
Rəşad Sadıqov bu gecə kimi gözləyir? – Bunu da bilək!

Avropa Liqasının qrup mərhələsinin I turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar ola bilər.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl zədədən əziyyət çəkən müdafiəçi meydana çıxsa, avrokuboklarda 100-cü oyununu keçirəcək.

31 yaşlı kapitan şans qazansa, bu yubiley Təl-Əviv “Makkabi”si ilə İsraildəki görüşdə gerçəkləşəcək. Avrokuboklarda yalnız bir komandanın şərəfini qoruyan Maksimin hesabında 99 matç var.

O, Çempionlar Liqasında 35, Avropa Liqasında 64 dəfə meydana çıxıb. Medvedev 99 qarşılaşmada 2 qol sevinci yaşayıb. Müdafiəçi bu müddətdə 22 sarı vərəqə ilə cəzalanıb.

Maksimin avrokuboklarda debütü 11 il öncə reallaşıb. O, Avropa Liqasının II təsnifat mərhələsinin “Rusenborq”la qarşılaşmasında şans qazanıb. 2009-cu il iyulun 16-da Norveçdə baş tutan qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb.

Medvedev Azərbaycan futbolu tarixində 100 və daha çox avrokubok matçı keçirən ikinci oyunçudur. Onadək yalnız Rəşad Sadıqov (“Neftçi”, “Qarabağ” və “Kayserispor”) buna nail olub.

Digər Xəbərlər
Xəbər Lenti