Fransız yox, portuqal - "Qarabağ"la matçın iştirak ərizəsində dəyişiklik

26 Sentyabr 2020 16:42 Qarabağ 566
Fransız yox, portuqal - "Qarabağ"la matçın iştirak ərizəsində dəyişiklik

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Legiya"nın iştirak ərizəsində dəyişiklik edilib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı müdafiəçi Vilyam Remi heyətdən çıxarılıb.

29 yaşlı oyunçunun yerinə portuqaliyalı müdafiəçi Luis Roşa 30 futbolçudan ibarət siyahıya əlavə olunub.

Oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti