"Qarabağ" Kiprdə 7 milyon avronu "qoyub gəldi"

17 Sentyabr 2020 00:40 Qarabağ 1 027
"Qarabağ" Kiprdə 7 milyon avronu "qoyub gəldi"

Çempionlar Liqasının III təsnifat mərhələsində "Mölde"yə uduzan "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

Çempionlar Liqasının pley-offuna yüksələn "Mölde" isə büdcəsini daha 7 milyon avro zənginləşdirib. Norveç təmsilçisi pley-offda Macarıstanın "Ferensvaroş" klubu ilə mübarizədə ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi sentyabrın 20-də atılacaq püşkdən sonra müəyyənləşəcək. Ağdam klubu turnirin qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

Digər Xəbərlər
Xəbər Lenti