"Qarabağ" İtaliya millisinin hücumçusu ilə maraqlanır

25 Yanvar 2020 15:55 Qarabağ 1 737
"Qarabağ" İtaliya millisinin hücumçusu ilə maraqlanır

Transfer çalışmalarını davam etdirən "Qarabağ İtaliya millisinin hücumçusu Cüzeppe Paniko ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur italyan jurnalist Canluka di Marsionun (gianlucadimarzio.com) saytı məlumat yayıb.

İddiaya görə, B Seriyasının bəzi klubları ilə yanaşı, Ağdam təmsilçisi də "Çittadella"nın 22 yaşlı forvardı ilə maraqlanır. Hazırkı komandası bu ilin yayına qədər müqaviləsi olan futbolçunu heyətdə saxlamaq istəyir. Ancaq gələn təkliflərə və vəziyyətə uyğun olaraq, onun satılması məsələsinə də baxıla biləcəyi vurğulanıb.

2018-ci ildən "Çittadella"nın şərəfini qoruyan Paniko bu komandada 41 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Paniko "Cenoa"nın yetirməsidir. Genuya təmsilçisində 2 oyunda meydana çıxıb. İtaliyanın aşağı yaş qrupları üzrə millərində forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti