"Qarabağ"ın daha 3 transfer etməsi üçün: 1,5 milyon+500 min

23 Yanvar 2020 19:05 Qarabağ 1 826
"Qarabağ"ın daha 3 transfer etməsi üçün: 1,5 milyon+500 min

"Leqanes"in qanalı forvardı Ovusu Kvabenanı bu gün rəsmən heyətinə qatan "Qarabağ" transfer bazarında fəallığı bir qədər də artırıb.

Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov klub rəhbərliyindən daha 3 yeni futbolçu alınmasını xahiş edib.

Baş məşqçi ona qapıçı, mərkəz müdafiəçisi və pleymeyker lazım olduğunu qeyd eləyib.

Təcrübəli mütəxəssisin istəyi müsbət cavablandırılıb, bu məqsədlə 1,5 milyon dollar ayrılıb. Göstərilən məbləğ kifayət etməzsə, daha 500 min əlavə olunacaq.

Ola bilər ki, qarşıdakı günlərdə bu transferlərin hamısı gerçəkləşsin. Yaxud da tam əksinə. Hər halda danışıqlar gedir, variantlar tək-tək gözdən keçirilir.

Müşkül ondadır ki, Qurbanovun bəyəndiyi legionerlərin əksəriyyəti Azərbaycana gəlməyə tərəddüd edir. Onun xoşuna gəlməyən futbolçular isə bura can atır. Yəni ki, hal-hazırda qeyri-müəyyənlik yaranıb.

Digər Xəbərlər
Xəbər Lenti