“Qarabağ”a rəqib oldular - Qazaxıstan və Kiprdən təklifi var

28 Noyabr 2022 22:40 Qarabağ 1 512
“Qarabağ”a rəqib oldular - Qazaxıstan və Kiprdən təklifi var

“Qarabağ”ın transfer gündəmində olan “Banqkok Yunayted”in futbolçusu Tristan Do daha bir neçə komandanın maraq dairəsinə düşüb.

Sportinfo.az-ın Qazaxıstan mətbuatına istinadən məlumatına görə, Tailand millisinin sağ cinah müdafiəçisi karyerasını bu ölkədə davam etdirə bilər.

Azərbaycan çempionu ilə yanaşı, 29 yaşlı oyunçunu “Astana” və “Aktobe” də heyətinə qatmaq niyyətindədir.

Həmçinin adı açıqlanmayan Kipr klubu da Fransa əsilli futbolçu uğrunda mübarizə aparır. 2014-cü ildən Tailandda çıxış edən “Loryen”in yetirməsi özü isə Avropaya köçməyin əleyhinə deyil.

2018-ci ildən “Banqkok Yunayted”in formasını geyinən Tristan Donun klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti