“Qarabağ” yolunu gözlədiyi legionerinə nə vaxt qovuşur?

26 Yanvar 2022 17:20 Qarabağ 1 260
“Qarabağ” yolunu gözlədiyi legionerinə nə vaxt qovuşur?

“Qarabağ”ın və Kabo Verde millisinin yarımmüdafiəçisi Patrik Andrade üçün Afrika Millətlər Liqasındakı mübarizə başa çatıb.

28 yaşlı futbolçunun şərəfini qoruduğu komanda 1/8 final mərhələsini aşa bilməyib.

Dünən Kamerunun Bafussam şəhərində baş tutan qarşılaşmada Kabo Verde Seneqala 0:2 hesabı ilə məğlub olub.

Meydana start heyətində çıxan Patrik 21-ci dəqiqədə rəqib futbolçuya qarşı kobudluğa görə aldığı qırmızı vərəqə ilə komanda yoldaşlarını meydanda azlıqda qoyub.

Seneqallılar bu üstünlükdən yararlanaraq 63 və əsas vaxta artırılmış 2-ci dəqiqədə vurduqları qollarla 1/4 finala vəsiqə qazanıb.

Bu xəbər daha çox “Qarabağ”lıları və ağdamlı avarkeşləri sevindirib. Andradenin komandasının məlum turnirdə mübarizəni dayandırması “6 nömrə”nin yaxın 2-3 gün ərzində Azərbaycana qayıdacağı anlamına gəlir.

Əks təqdirdi yanvarın 30-da 1/4 final mərhələsinin matçına çıxacaqdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti