"Qarabağ"a görə bu klubların təklifindən imtina etdi

3 Avqust 2021 20:20 Qarabağ 1 776
"Qarabağ"a görə bu klubların təklifindən imtina etdi

Qasper Panadero Zamora "Qarabağ" klubuna keçmək üçün 3 komandanın təklifini geri çevirib.

Sportinffo.az "grada3.com"a istinadən xəbər verir ki, ispaniyalı vinger ölkəsinin "Alkorkon" və "Las Palmas", həmçinin Yunanıstanın "Atromitos" klublarının maraq dairəsində olsa da, sonda Azərbaycan təmsilçisini seçib.

İddiaya görə, 24 yaşlı yarımmüdafiəçinin qərarına təklif olunan maliyyə şərtləri və "Qarabağ"ın Konfrans Liqasında mübarizə aparması təsir edib. Onun "köhlən atlar"la 3 illik müqavilə bağlayacağı gözlənilir.

Qasper Panadero 2020-ci ildən "Kadis"də forma geyinib. Klub ötən mövsümün sonunda La Liqaya vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti