Zubir "Qarabağ" üçün "Sumqayıt"ı təkbaşına bitirdi - FOTOREPORTAJ

12 Aprel 2021 11:20 Qarabağ 845
Zubir "Qarabağ" üçün "Sumqayıt"ı təkbaşına bitirdi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Abdullah Zubir açıb. "Köhlən atlar" fasilədən dərhal sonra - 46-cı dəqiqədə ikinci qolu vurublar.

Bu dəfə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov topu öz qapısından keçirib. 59-cu dəqiqədə Əli Qurbani hesab arasındakı fərqi mimimuma endirib.

71-ci dəqiqədə Zubir dubl edib. 7 dəqiqə sonra isə Filip Ozobiç çətin vəziyyətdən qapını dəqiq nişan alıb. Xorvatiyalı yarımmüdafiəçi eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Qarabağ" zirvədə bir qədər də möhkəmlənib. Artıq bu komandanı ikinci sıradakı "Neftçi"dən 3 xal ayırır. "Sumqayıt" isə 29 xalla 4-cü pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti