Qurban Qurbanov: "Getdikcə hər şey daha yaxşı olacaq"

21 Yanvar 2021 21:10 Qarabağ 856
Qurban Qurbanov: "Getdikcə hər şey daha yaxşı olacaq"

"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah" 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib:

"Qış fasiləsindən sonra öz oyunu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti