UEFA 50 min avro cərimə etdi – Bu hadisələrə görə

11 İyul 2021 01:38 Problem 439
UEFA 50 min avro cərimə etdi – Bu hadisələrə görə

UEFA İngiltərə Futbol Assosiasiyasını cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Buna Londondakı “Uembli” stadionunda Danimarkaya qarşı Avropa çempionatının yarımfinal oyunu zamaı yerli azarkeşlərin rəqib komandanın qapıçısı Kasper Şmeyxelin üzünə lazer işığı salması, himnə hörmətsizlik etməsi və priotexniki vasitələrdən istifadəsi səbəb olub.

UEFA bütün bunlara görə, İngiltərə Futbol Assosiasiyasını 30 000 avro cərimə edib.

Sözügedən görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə millisi finalda İtaliya yığmasına rəqib olub. Həlledici qarşılaşma sabah keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti