İslam Həmrəylik Oyunlarının futbol yarışında biabırçılıq qeydə alınıb. Sportinfo.az xəbər verir ki, “Bayıl Arena”da keçirilən Kamerun və Mərakeşin 23 yaşlılarının matçında ofsayddan qol vurulub.
Belə ki, kamerunluların hesabı açdığı epizodda qarşılaşmanı idarə edən FİFA referisi Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası təxminən 1-2 metrlik ofsaydı gözdən qaçırıblar. Görüş 1:1 yekunlaşıb.

