Azərbaycan III Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazandı

11 Aprel 2017 11:24 Olimpiya oyunları 615
Azərbaycan III Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazandı

Azərbaycan 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Sportinfo.az xəbər verir ki, bu vəsiqə ağırlıqqaldırma üzrə Tailandın paytaxtı Banqkokda keçirilən 7-ci dünya birinciliyinin yekununda əldə olunub. Azərbaycanı təmsil edən 6 atlet ümumilikdə 90 xal qazanıb. Bu xallarla Azərbaycan komandası dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutub.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti bildirir ki, dünya birinciliyində ilk "7-liy"ə düşən ölkələr 2, sonrakı 10 ölkə isə 1 lisenziya qazanıb. Sıralama hər bir ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılıb. Azərbaycan təmsilçilərindən Vüqar Əliyev (62 kq) 7-ci, Elməddin Hüseynov (56 kq) 8-ci, Tarmenxan Babayev (77 kq) və Ümidvar Bayramlı (94 kq) 10-cu, Mayıl Şükürlü (77 kq) 15-ci, İsmayıl Məmmədov (56 kq) 16-cı, Həsənbəy Həsənzadə (+94 kq) 17-ci, Elvin Abdullayev (62 kq) isə 25-ci yeri tutub.

Lisenziya 2001-2002 təvəllüdlü yeniyetmələr tərəfindən qazanılsa da, gələn il Oyunlarda 2000-ci il təvəllüdlü atletlər də mübarizə apara biləcək. Azərbaycan yığması Ermənistan, Ukrayna, Gürcüstan, KXDR, Rumıniya və başqa bu kimi güclü ölkələri arxada qoyub. Gələn il keçiriləcək Avropa birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziya əldə etmək mümkündü.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA