Azərbaycanın bir cüdoçusu finala, üçü bürünc medal görüşünə vəsiqə qazandı

24 İyul 2019 16:12 Olimpiya oyunları 476
Azərbaycanın bir cüdoçusu finala, üçü bürünc medal görüşünə vəsiqə qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Muhammed Demireli məğlub edib.

55 kq-da yarışan Şükran Zamanlı təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda dueldə Ukrayna təmsilçisi Vladislav Kolobova rəqib olub.

Qadınlardan isə Gülşən Bəşirova (44 kq) üçüncü yer uğrunda görüşdə hollandiyalı Joşlin Supusepa ilə, Səbinə Əliyeva (48 kq) isə belçikalı Celine Diericxlə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan cüdoçusu Turan Bayramov yarımfinala yüksəlib. 60 kq çəki dərəcəsində mübarizə aparan Bayramov ilk cəhddə avstriyalı Adam Saferi, ikinci görüşdə isə Yunanıstan təmsilçisi Mikis Tondinidisi məğlub edib.

O, finala gedən yolda türkiyəli cüdoçu Muhammed Demirelin müqavimətini qırmağa çalışacaq.

Şükran Zamanlı (55 kq) birinci görüşdə portuqaliyalı Migel Qaqonu məğlub etsə də, ikinci dueldə macarıstanlı Bence Farkaşa uduzub və təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb.

50 kq-da çıxış edən İsmayıl Qənbərli ilk cəddə rusiyalı həmkarı Sergey Mastryukovla bacarmayıb. Onun rəqibi növbəti görüşdə məğlub olduğu üçün Azərbaycan cüdoçusu mübarizəni dayandırıb.

Qadınların mübarizəsində Gülşən Bəşirova (44 kq) ispaniyalı Mariya Qonzalesi məğlub etsə də, bolqarıstanlı Anastasiya Balabana uduzub. Bəşirova təsəlliverici görüşlərdə iştirak edəcək.

Xəbər Lenti