EYOF: Azərbaycan atleti finala, üzgüçüsü yarımfinala yüksəldi

24 İyul 2019 13:36 Olimpiya oyunları 404
EYOF: Azərbaycan atleti finala, üzgüçüsü yarımfinala yüksəldi

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, idmançı buna batterflay üsulla üzmə yarışında 100 metr məsafəni 1 dəqiqə 2,11 saniyəyə qət etməklə nail olub.

Şeyxəlizadəxangah 49 üzgüçü arasında 8-ci yeri tutub. O, axşam sessiyasında finala çıxmaq üçün mübarizə aparacaq.

Aysel Səfərova isə 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında 2 dəqiqə 18,22 saniyə ilə 47 idmançı arasında 46-cı olub.

Əliyar Cahangirbəyov 200 m məsafəyə arxası üstə üzmədə 31 idmançı arasında 29-cu yeri tuta bilib. O, məsafəni 2 dəqiqə 14,82 saniyəyə qət edib.

Atletlərdən qadınların üç təkanla tullanma yarışında Sabrina Jralova finala vəsiqə qazanıb. O, təsnifat mərhələsində 12,23 m nəticə göstərib. Final iyulun 26-da olacaq.

Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda I mərhələdə 25,06 saniyə nəticə ilə 20 atlet arasında 14-cü yeri tutub.

Oğlanların mübarizəsin eyni məsafəyə qaçışda Əli Abdıyev (22.63 san) 19 iştirakçı arasında 14-cü olub və hər iki idmançı mübarizəni dayandırıb.

Xəbər Lenti