"Azərbaycan üçün çox faydalıdı"

23 İyul 2019 11:36 Olimpiya oyunları 389
"Azərbaycan üçün çox faydalıdı"

"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün çox faydalıdı".

Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimində deyib.

Nazir Atletlər Kəndində baş tutan mərasimdə bildirib ki, EYOF, eləcə də Olimpiya Mədəniyyəti və Təhsil Proqramı vasitəsi ilə mümkün qədər çox uşağın idmana maraq göstərməsini, sağlam həyat tərzi sürməsini istəyirlər.

Xəbər Lenti