“Bakı-2019”un iştirakçılarından 4 nəfər xəstəxanaya aparıldı

22 İyul 2019 13:24 Olimpiya oyunları 572
“Bakı-2019”un iştirakçılarından 4 nəfər xəstəxanaya aparıldı

“Olimpiya Gənclər Festivalı 2019” məkanlarında xidmət göstərən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət daxil olub.

Sportinfo.az xəbər verir ki, çağırışlardan 4-ü Atletlər Kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçrildiyi idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü “Kristal Holl”a, 1-i İdman Akademiyasına, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyinə olub.

Müraciət edənlərdən 3-ü Klinik Tibbi Mərkəzə, 1 nəfər isə 3 saylı şəhər klinik xəstəxanasınə çatdırılıb. Digərlərinə yerində tibbi yardım göstərilib.

Tibbi yardıma ehtiyacı olanlardan dördü əcnəbidi. Onlardan biri estoniyalı güləşçidir, onun dirsəyi çıxıb. Digəri ispaniyalı hakimdir, topuğundan zədə alıb, tibbi yardım göstəriləndən sonra xəstəxanadan buraxılıb.

Xəbər Lenti