Bakı-2019: Avropadan gələnlər Atletlər kəndində - VİDEO

21 İyul 2019 08:24 Olimpiya oyunları 342
Bakı-2019: Avropadan gələnlər Atletlər kəndində - VİDEO

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək ölkələrin nümayəndələri Atletlər kəndində gəliblər.

Sportinfo.az xəbər verir ki, iştirakçı 48 ölkənin nümayəndə heyətləri bununla bağlı şənlik təşkil ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Atletlər kəndində iştirakçı 48 ölkədən 3900 idmançı və texniki nümayəndə heyəti məskunlaşacaq.

Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar.

Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Xəbər Lenti