Gürcüstanı “Bakı 2019” Festivalında 36 idmançı təmsil edəcək

19 İyul 2019 00:10 Olimpiya oyunları 317
Gürcüstanı “Bakı 2019” Festivalında 36 idmançı təmsil edəcək

Gürcüstanı “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında 6 idman növü üzrə 36 idmançı təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, gürcü idmançılar üzgüzülük, tenis, velosipedsürmə, atletika, cüdo, sərbəst və Yunan-Roma güləşində yarışacaqlar.

Gürcüstan komandasına ən çox cüdo üzrə idmançılar (15 nəfər), ən az isə üzgüçülük və tennis üzrə idmançılar daxildir. Bu idman növlərində Gürcüstanı hər biri üzrə 3 idmançı təmsil edəcək.

Festivalda iki gürcü hakim də akkreditasiyadan keçib. Bunlar güləş üzrə Mixeil Qrdzelidze və idman gimnastikası üzrə Besarion Qamsaxurdiadı.

Qonşu ölkənin nümayəndə heyətində 11 nəfərdən ibarət rəsmi, inzibati və məşqçi heyət də təmsil olunub.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstanın olimpiada nümayəndə heyətinin bayraqdarı cüdoçu Giqa Tatiaşvili olacaq.

Xəbər Lenti