Azərbaycan gimnastı Universiadada qızıl medal qazandı

7 İyul 2019 19:12 Olimpiya oyunları 358
Azərbaycan gimnastı Universiadada qızıl medal qazandı

Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı idmançı qadınlar arasında fərdi yarışda 14,000 xalla 1-ci yeri tutub.

O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb.

Bu, Azərbaycanın Universiadada ikinci medalı olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.

Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI