Ev sahibi olmaq üçün bu adamlara rüşvət veriblər

6 İyul 2019 19:00 Olimpiya oyunları 460
Ev sahibi olmaq üçün bu adamlara rüşvət veriblər

Rusiyalı Aleksandr Popov və ukraynalı Sergey Bubka 2016-cı il Yay Olimpiya Oyunlarının keçirilmə yerinin seçimi zamanı Braziliyanın Rio-de-Janeyro şəhərinin lehinə böyük məbləğdə pul alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə ştatın keçmiş qubernatoru Serxio Kabral açıqlama verib.

"Seçkilərdə çox güclü Avropa lobbisindən nə gözləməyin gərəkliyini bilmirdim. Braziliya Milli Olimpiya Komitəsinin prezidenti Artur Nuzman mənə tərəf çönərək dedi:

"Serjio, səni Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti Lamin Diakla tanış etmək istəyirəm.

O, bizə ciddi üstünlük verəcək" söyləyən Kabral Rio-de-Janeyronun lehinə 5-6 səs almaq üçün Diaka 1,5 milyon dollar ödədiyini əlavə edib.

Həmin pula isə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 9 üzvü alınıb. Onların arasında Aleksandr Popov və Sergey Bubka da olub.

Popov 2010 - 2016-cı illərdə IOC üzvü olub, hazırda isə səs hüququnu itirmiş fəxri üzvdür. Bubka isə 2008-ci ildən IOC-un üzvü kimi fəaliyyətini davam etdirir.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına iddiaçılar sırasında Bakı şəhəri də olub. Lakin Azərbaycan paytaxtı qısa siyahıya düşə bilməyib.

Artur Nuzman 2017-ci ilin oktyabrında həbs olunub. Onun evində və Braziliya Milli Olimpiya Komitəsinin inzibati binasında axtarış aparılıb.

Sergey Bubka şüvüllə tullanma üzrə olimpiya və 6 qat dünya çempionu, Aleksandr Popov isə üzgüçülük üzrə 4 qat olimpiya, 6 qat dünya, 21 qat Avropa çempionudur.

Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI