Universiada-2019: Neapolda Azərbaycan bayrağı qaldırıldı

4 İyul 2019 08:24 Olimpiya oyunları 414
Universiada-2019: Neapolda Azərbaycan bayrağı qaldırıldı

İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Unversiadasına qatılan Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraq qaldırma mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyindən Sportinfo,az-a verilən məlumata görə, tədbir Atletlər Kəndində baş tutub.

Saat 23:00-da isə yerli "Napoli" futbol komandasının ev oyunlarını keçirdiyi "San Paulu" stadionunda Unversiadanın açılış mərasimi start götürəcək.

Mərasim zamanı Azərbaycanın bayraqdarı cüdo üzrə gənclər arasında Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı Murad Fətiyev olacaq.

XXX Ümumdünya Yay Unversiadası iyulun 14-dək davam edəcək.

Xəbər Lenti