COP29

Azərbaycan karateçisi Avropa Oyunlarının yarımfinalında

30 İyun 2019 14:36 Olimpiya oyunları 396
Azərbaycan karateçisi Avropa Oyunlarının yarımfinalında

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı qrup qalibi kimi mərhələ adlayıb.

Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, belaruslu İlya Bulatova 8:0, 3:3 hesabı ilə başa çatan görüşdə Emil Pavlova (Makedoniya) senşu qərarı ilə qalib gəlib.

İtaliyalı Ancelo Kresçentso ilə görüşdə isə hesab açılmayıb - 0:0.

Fərzəliyev finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plaxutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.

Xəbər Lenti