COP29

Azərbaycanın güllə atıcıları 14-cü, velosipedçisi isə sonuncu oldu

29 İyun 2019 00:40 Olimpiya oyunları 298
Azərbaycanın güllə atıcıları 14-cü, velosipedçisi isə sonuncu oldu

Azərbaycanın güllə atıcıları "Minsk 2019" II Avropa Oyunlarında mübarizəni dayandırıblar.

Sportinfo.az xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komanda kiçikçaplı tapança ilə 25 metr məsafəyə atışda çıxış edib.

Onlar təsnifat yarışında 537 xal toplayaraq 14-cü olub. Atıcılar bu nəticədən sonra növbəti mərhələyə vəsiqə qazana bilməyib. Təsnifatda ilk 8 yeri tutan cütlüklər növbəti mərhələyə yüksəliblər.

Azərbaycan velosipedçisi Sergey Omelçenko da uğursuz çıxış edib. O, trek yarışlarında təsnifat mərhələsində 200 metri 10,805 saniyəyə qət edib və 22 velosipedçi arasında sonuncu olub.

Buna rəğmən, 1/32 finala yüksələn idmançı, burada polşalı Mateuş Zbiqnev Rudikə uduzub. O, rəqibindən 0,291 saniyə geri qalıb.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!