"Minsk 2019": Azərbaycanın daha bir qadın güləşçisi medal qazandı

29 İyun 2019 00:00 Olimpiya oyunları 1 025
"Minsk 2019": Azərbaycanın daha bir qadın güləşçisi medal qazandı

Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub. Daha öncə Mariya Stadnik (50 kq) qızıl medal əldə edib.

Sportinfo.az xəbər verir ki,

Store Neftchi
Xəbər Lenti
01:50 Emrah PAŞA